“Facebook” şirkətinin rəhbəri Mark Zuckerberg 6.8 milyard dollar itirib.
Banker.az xəbər verir ki, bunun səbəbi sosial şəbəkənin işinin pozulması olub.
Baş verənlərə görə Zuckerberg milyarderlər siyahısında 6-cı yerə düşüb.
Sosial şəbəkələrin işindəki uzunmüddətli fasilə 4 oktyabr axşamı baş verib. Bildirildiyi kimi, müəyyən müddət ərzində “Facebook”, “Instagram” və “WhatsApp” işləməyib. Bunun fonunda istifadəçilər digər tətbiqlərə – “Telegram” və “TikTok”a axın edib. Nəticədə orada da nasazlıqlar yaranıb.