6 C
Baku
Saturday, December 14, 2024

Zuckerberg uşaqlarına üç yaşından proqramlaşdırmağı öyrədir

“Facebook”un qurucusu Mark Zuckerbergin həyat yoldaşı Priscilla Chan “The Times”a müsahibəsində bildirib ki, onların övladları Maksima və Avqusta üç yaşından kodlaşdırma ilə məşğuldurlar.

Banker.az xəbər verir ki, bu, milyarder üçün bir növ ənənəyə çevrilib. Chan həmçinin Zuckerbergin yatmazdan əvvəl uşaqlarına Çin dilində dua oxuduğunu da söyləyib. “Bəzən onlarla birlikdə kitab oxuyur. Bəzən kodlaşdırır. Mark Avqustanın uç yaşından bəri bunu edir”, – deyə Priscilla Chan əlavə edib.

Ümumilikdə, Priscilla və yoldaşı valideynlik məsuliyyətlərini bölüşürlər. Məsələn, Chan dörd yaşlı Avqusta və beş yaşlı Maksimanı uşaq bağçasına aparır, Mark isə onları yatızdırır.

Xatırladaq ki, daha əvvəl “Facebook”un yaradıcısı Mark Zuckerbergin və həyat yoldaşı Priscilla Chanın ailəsində işləyən iki nəfər cütlüyü məhkəməyə vermişdi. Milyarder və həyat yoldaşı təqib və “ayrı-seçkilikdə” günahlandırılmışdı.

Son xəbərlər
Digər xəbərlər