9 C
Baku
Bazar, Oktyabr 24, 2021

Zuckerberg və xanımı seçkilərin təhlükəsizliyinə 300 mln. dollar bağışlayıblar

“Facebook”un qurucusu Mark Zuckerberg və onun həyat yoldaşı Priscilla Shan, 2020-ci ildə keçiriləcək ABŞ prezident seçkilərinin təhlükəsizliyini təmin etmək üçün 300 milyon dollar bağışlayıblar.

Qeyd edildiyi kimi, bu məbləğ iki qeyri-kommersiya təşkilatı arasında bölünəcək: “Center for Tech and Civic Life” və “Center for Election Innovation and Research”. Birinci təşkilata 250 milyon dollar (seçki məntəqəsi işçilərinin təlimi və lazımi avadanlıqların alınması), ikinci təşkilata isə 50 milyon dollar (səsvermə məlumatlarının təhlükəsizliyini təmin etmək üçün) ayrılacaq.

“Səsvermə zamanı bütün ölkədə COVID-19 ilə bağlı müəyyən çətinliklər müşahidə ediləcək. Buna görə seçki məntəqələrinin əməkdaşları gecə-gündüz çalışırlar ki, hər bir seçicinin təhlükəsizliyini təmin etmək mümkün olsun”, – Zuckerberg və Chan ortaq açıqlamada bildiriblər.

Bu ianələr seçki məntəqələrini kadr, resurs və infrastruktur ilə təmin etməyə kömək edəcək. Bildirilir ki, Zuckerberg “Facebook”un siyasi dezinformasiya yaydığına dair tənqidlər fonunda ianə edib. Sentyabr ayında sosial şəbəkənin “Rusiya əməliyyatçıları ilə əlaqəli” saxta hesabları silməsu məlum olub. Onlar qarşından gələn seçkilər haqqında yanlış məlumatlar yaratmaq üçün Amerika jurnalistləri ilə əməkdaşlıq ediblər.

Son xəbərlər
Oxşar xəbərlər