15 C
Baku
Bazar, Oktyabr 24, 2021

Zuckerbergin telefon nömrəsi şəbəkəyə sızıb

“Facebook”un qurucusu Mark Zuckerbergin telefon nömrəsi 106 ölkədən olan 533 milyon istifadəçinin şəxsi məlumatları ilə birlikdə şəbəkəyə sızıb.

Banker.az bu barədə “Secretmaga”a istinadən xəbər verir.

Sızıntını hakker forumundan ekran görüntüsünü yerləşdirən “Twitter” istifadəçisi Dave Walker aşkar edib.

“533 milyon insanın məlumat sızmasına gəldikdə, ironiya budur ki, təəssüf ki, Mark Zuckerberg özü də onlar arasında olub. Jurnalistlər bu məsələ ilə bağlı “Facebook”dan heç bir şərh ala bilmirlərsə, bəlkə elə Markın özünə zəng etməlidirlər?”, – deyə istifadəçi qeyd edib.

Xatırladaq ki, daha əvvəl 533 milyon “Facebook” istifadəçisinin şəxsi məlumatlarının şəbəkəyə sızması barədə məlumat yayılmışdır. Məlumat massivində telefon nömrələri, adlar, yaşayış yerləri, doğum tarixləri və ailə vəziyyətləri yer alır. Jurnalistlər bəzi qeydlərin həqiqətə uyğunluğunu təsdiq ediblər.

Xatırladaq ki, yanvar ayında hakkerlər tərəfindən “Facebook”un 19 ölkədən olan istifadəçilərinin şəxsi məlumatlarını satması barədə məlum olmuşdur. Satış üçün “Telegram”dakı botdan istifadə edilmişdir. Kibercinayətkarlar bu bazanın 500 milyondan çox telefon nömrəsindən ibarət olduğunu söyləmişdirlər.

Son xəbərlər
Oxşar xəbərlər