17 C
Baku
Friday, October 18, 2024

Zuckerberqin şirkəti kapitallaşmaya görə ilk 10-luqdan çıxdı

“Meta” (əvvəlki “Facebook”) dünyanın ən bahalı şirkətləri onluğundan çıxıb.

Banker.az xəbər verir ki, “Bloomberg”in hesablamalarına görə, şirkət 565.4 milyard dollar kapitallaşma ilə 11-ci yerə enib.

Qeyd edək ki, zirvədə “Facebook” reytinqdə 6-cı yeri tutub – həmin dövrdə onun bazar dəyəri 1 trilyon dollardan çox olub. Fevralın 17-sində “Meta”nın qiymətli kağızları 4.1% ucuzlaşaraq 207.7 dollara düşüb.

“Facebook”un qurucusu Mark Zuckerberqin sərvəti bir gündə 3.1 milyard dollar azalıb və hal-hazırda 74.3 milyard dollar təşkil edir. Sahibkar dünyanın ən varlı insanları reytinqində 14-cü yerdən 15-ci yerə enib.

Bu gün dünyanın altıncı ən bahalı şirkəti “Tesla”dır – onun dəyəri 905.7 milyard dollardır. Birinci yeri “Apple” (2.8 trilyon dollar), ikinci – “Microsoft” (2.2 trilyon dollar), üçüncü – “Saudi Aramco” (2 trilyon dollar), dördüncü – “Alphabet” (1.8 trilyon dollar), beşinci – “Amazon” (1.6 trilyon dollar) tutur.

“Facebook” adını 2021-ci ilin oktyabrında “Meta”ya dəyişib. Bu, Konqresdə çıxış edən və daxili sənədləri məktubda təhvil verən şirkətin keçmiş əməkdaşı Frensis Haugenin ifşası fonunda baş verib. Haugen “Facebook”u mənfəət və istifadəçi təhlükəsizliyi arasında pulu seçməkdə günahlandırıb.

Son xəbərlər
Digər xəbərlər