17 C
Baku
Tuesday, May 21, 2024

Zukerberq əzəli rəqibi Maskı ən varlılar siyahısında keçərək üçüncü oldu

“Meta” şirkətinin  Mark Zukerberq cümə günü İlon Maskı keçərək dünyanın üçüncü ən zəngin adamı oldu.

Banker.az bunu Bloomberg-ə istinadən xəbər verir.

“Facebook”, “Instagram”, “Whatsapp” və “Threats” kimi sosial platformaların sahibi M.Zukerberq 2020-ci ildən bəri ilk dəfə əzəli rəqibi İ.Maskı geridə qoyur.

Cari il E.Mask üçün yaxşı keçmir. Maskın sərvəti bu il 48.4 milyard dollar azalıb. Buna səbəb onun “Tesla” şirkətinin səhmlərinin kəskin dəyər itkisidir.

Zukerberq isə Cümə günü yeni rekord da daxil olmaqla, “Meta Platforms Inc.” yeni zirvələrə yüksəldiyi üçün sərvətinə 58.9 milyard dollar əlavə edib.

Bu 2020-ci il noyabrın 16-a qədər “Bloomberg”in ən zəngin insanlar reytinqində Zukerberq üçüncü olduğu halda, Mask onu üstələmişdi və hətta ilk pilləyə qədər irəliləmişdi.

Mask indi 180.6 milyard dollar xalis sərvətə malikdirsə, Zukerberqin sərvəti 186.9 milyard dollardır.

image

“Tesla” səhmləri bu il 34% ucuzlaşaraq onu “S&P 500” indeksində ən pis göstəriciyə çevirib. Bu, EV (elektrik avtomobil) tələbində qlobal yavaşlama, Çində artan rəqabət və Almaniyada istehsal problemləri ilə sarsıldı.

“Meta” güclü rüblük hesabat göstəriciləri və şirkətin süni intellekt təşəbbüsləri ilə bağlı həyəcanı sayəsində səhmləri 49% bahalaşıb. S&P 500 üzrə beşinci ən yaxşı göstəricidir.

Dəbdəbəli nəhəng “LVMH Moet Hennessy Louis Vuitton”un sədri Bernard Arnault və “Amazon.com Inc”in yaradıcısı Ceff Bezos “Bloomberg”in ən varlılar sıralamasında müvafiq olaraq 223.4 milyard və 207.3 milyard dollar sərvətlə ilk iki yeri tuturlar.

 

Son xəbərlər
 ⁠
Digər xəbərlər