“Meta” şirkətinin rəhbəri Mark Zukerberq “Amazon”un qurucusu Ceff Bezosu 1 dollar geridə qoyaraq dünyanın ən varlı adamları siyahısında ikinci yeri tutub, Banker.az bu barədə RBC-ya istinadən xəbər verir.
Oktyabrın 3-ü axşam saatlarında Zukerberqin sərvəti 206 milyard dollara çatıb “Bloomberg”in məlumatına görə, o, ilk dəfə sentyabrın sonunda 200 milyard dollar həddini keçib). Bu, cümə axşamı günü “Meta” səhmlərinin rekord 582.77 dollara çatması fonunda baş verib.
Şirkətin səhmləri ilin əvvəlindən artmaqdadır. “Bloomberg” qeyd edir ki, “Meta” məlumat mərkəzlərinə və hesablama gücünə çox pul xərcləyir, həmçinin şirkət bir sıra əhəmiyyətli layihələrdə əhəmiyyətli irəliləyiş əldə edib.
Zukerberq şirkətin 13%-nə sahibdir. Yanvar ayından bəri onun sərvəti 78 milyard dollar artıb ki, bu da “Bloomberg” siyahısının 500 üzvü arasında ən böyük artım olub.
Agentlik Bezosun sərvətini 205 milyard dollar, reytinqə başçılıq edən “SpaceX” və “Tesla”nın qurucusu İlon Maskı isə 256 milyard dollar qiymətləndirir. İlk beşliyə həmçinin LVMH şirkətlər qrupunun təsisçisi və prezidenti Bernar Arno (193 milyard dollar) və “Oracle”ın həmtəsisçisi Larri Ellison (179 milyard dollar) daxildir.
Qeyd edək ki, “Forbes” reytinqində Zukerberq Maskdan (258.7 milyard dollar) və Ellisondan (203.3 milyard dollar) sonra üçüncü yerdədir (201 milyard dollar).