7 C
Baku
Sunday, January 12, 2025

Zukerberq etiraf etdi: Kəşfiyyat orqanları “WhatsApp” mesajlarını izləyir

“Apple”ın son əhəmiyyətli yeniliyi Stiv Cobsun təqdim etdiyi “iPhone” olub.

Bu barədə “Facebook” sosial şəbəkəsi və “WhatsApp” mesencerinin sahibi olan “Meta” şirkətinin rəhbəri Mark Zukerberq Co Roqanın podkastında deyib.

Söhbət zamanı Roqan bir şirkətdən asılı olmaq istəmədiyi üçün “iPhone”dan “Android”ə keçdiyini söyləyib.

Zukerberq “Apple”ın qaydalarının digər istehsalçılar üçün maneələr yaratdığı ilə razılaşıb. O qeyd edib ki, qapalı ekosistem xüsusilə “AirPods” kimi məhsullarda rəqabəti məhdudlaşdırır və istifadəçiləri daha da yaxşı cihazlardan məhrum edir.

O, həmçinin “Apple”ın öz ekosistemi ilə bağlı siyasətini tənqid edib.

Podkast zamanı Zukerberq sosial şəbəkələrə senzura tətbiq edən, hətta memlərin silinməsini tələb edən Bayden administrasiyasının hərəkətlərindən narazılığını bildirib və kəşfiyyat orqanlarının “WhatsApp” istifadəçilərinin mesajlarını oxuduğunu etiraf edib.

Son xəbərlər
Digər xəbərlər