11 C
Baku
Friday, October 25, 2024

Zukerberq “Facebook”dakı vəzifəsini itirə bilər

“Facebook” yaradıcısı Mark Zukerberq investorların təşəbbüsü ilə şirkətin direktorlar şurasının sədri postunu tərk edə bilər.

Banker.az Reporta istinadla xəbər verir ki, bu barədə “The Wall Street Journal” nəşri məlumat yayıb.

Məlumata görə, sosial şəbəkənin investisiya fondları Zukerberqə nöqsanları və qalmaqallar üzündən getməsinin vacibliyi barədə əvvəllər də bildiriblər.

İnvestorların təklifi Rod-Aylend, İllinoys, Pensilvaniyadakı xəzinəyə, həmçinin fondun Nyu-York Skott Strinqdəki müfəttişinə, eləcə də bütün instansiyalara edilib və bəyənilib.

Qeyd olunur ki, 2019-ci ilin mayında ümumi səsvermə keçiriləcək. Orada Zukerberq öz səlahiyyətlərinə son qoyacaq.

Son xəbərlər
Digər xəbərlər