“Meta” korporasiyasının rəhbəri Mark Zukerberq “X” sosial şəbəkəsinin (keçmiş “Twitter”) sahibi İlon Maskla döyüşməyə hazır olduğunu bildirib və döyüş üçün avqustun 26-sını təklif edib, Banker.az bu barədə TASS-a istinadən xəbər verir.
“Bu gün artıq hazıram. Mən avqustun 26-sını təklif etsəm də, hələ təsdiq almamışam”, – deyə Zukerberq yazıb.
İyunun 22-də Zukerberq Maskın döyüşmək çağırışını qəbul edib. O, “X”ə rəqib olan “Threads” tətbiqini işə salmaq niyyəti barədə məlumat peyda olandan sonra “Meta” rəhbərini davaya çağırıb. Hər iki iş adamı Las-Veqasdakı arenada döyüşməyə razılaşıb.