26 C
Baku
Saturday, July 27, 2024

Zümrüd haqqında bilmədiklərimiz

Zümrüd – ən gözəl və heyrətamiz qiymətli daşlardan biridir. Zümrüd haqqında ən maraqlı faktları diqqətinizə çatdırırıq:

  • Zümrüd – berillin qiymətli növlərindən biridir.

  • Ən böyük zümrüd daşı 5 karat ola bilər və hətta brilyantdan daha baha qiymətə sahib ola bilir. Belə daşlar tünd rəngə sahib olur.
  • Roma imperatoru Neron zümrüddən monokl olaraq istifadə edirdi və ondan qladiator döyüşlərini izləyirdi. Təəssüflər olsun ki, imperatorun ölümündən sonra bu qiymətli daş izsiz olaraq itmişdir.
  • Zümrüd öz kövrəkliyi ilə digər qiymətli daşlardan seçilir. Onlar hətta ən kiçik sarsıntıdan belə çatlaya bilər.
  • Dünyada ən böyük zümrüd 1974-cü ildə Braziliyada tapılıb və çəkisi 28 kq idi.
  • Dünyada cilalanmış ən böyük zümrüd kristalının çəkisi 7,5 kq idi. Bu daş da Braziliyada tapılmış və emal edilmişdir. Qeyd edək ki, Braziliyada 6 000-dən çox zümrüd mədəni var.
  • Şəffaf və yaşıl çalarlı zümrüd daşları daha çox qiymətləndirilir. Bundan əlavə, digər mineralların təsirləri də onun rənginə təsir edir. Lakin doğrudur ki, ideal daşlara təbiətdə nadir hallarda rast gəlinir.
  • Zümrüddən tək zərgərlik məqsədləri üçün deyil, həmçinin kəskin lazerlərin hazırlanmasında da istifadə edilir.
Son xəbərlər
Digər xəbərlər