Əvvəlki açıqlamalarına baxmayaraq, Salome Zurabişvili Kavelaşvilinin andiçmə mərasimindən sonra prezident sarayını tərk edib. Eyni zamanda, o, “legitimliyi də özü ilə aparacağını” qeyd edib.
Bundan əvvəl o, hökuməti qeyri-legitim hesab etdiyi üçün iqamətgahı tərk etməkdən və istefa verməkdən imtina edib. Dekabrın 29-da seçilmiş prezident Mixail Kavelaşvili səlahiyyətlərinin icrasına başlayır.
Zurabişvili hakim “Gürcü arzusu” partiyasının parlament seçkilərində qələbə çalmasına və Kavelaşvilinin prezident seçilməsinə etiraz edənləri dəstəkləyir. O, yeni hakimiyyət yeni parlament seçkiləri keçirməsə, “rejimi devirmək” təhlükəsi ilə bağlı xəbərdarlıq edib.
Gürcüstanın Baş naziri İrakli Kobaxidze xəbərdarlıq edib ki, Zurabişvili iqamətgahı tərk etməli olacaq, əks halda o, zorla oradan çıxarılacaq və həbs ediləcək.