29 C
Baku
Friday, June 14, 2024

Zurabişvili: “Rusiya vətəndaşlarının Gürcüstana gəlişi təhdid deyil”

Rusiya vətəndaşlarının Gürcüstana daxil olması problemdir, lakin təhdid təşkil etmir.

Bunu Gürcüstan Prezidenti Salome Zurabişvili Kişinyovda Moldova Prezidenti Maya Sandu ilə birgə mətbuat konfransında deyib.

“Rusiya vətəndaşlarının Gürcüstana daxil olmasına gəldikdə isə, bu həqiqətən də problemdir. Mən bunun təhdid olduğunu deməzdim, amma bu problemdir. Onlar arasında Rusiyadakı vəziyyətə görə qayıdan Gürcüstanın keçmiş vətəndaşları da var. Həmçinin müxtəlif səbəblərdən Gürcüstana gələn Rusiya vətəndaşları da var. Burada əsas məsələ heç bir təhlükənin yaranmaması məqsədilə bütün nəzarət mexanizmlərindən istifadə edilməsinə dair ictimaiyyətin əmin edilməsidir”, – Zurabişvili qeyd edib.

Gürcüstan Prezidenti ölkəsinin Rusiya ilə viza siyasətinin kifayət qədər liberal olduğunu bildirib və indiki şəraitdə yenidən nəzərdən keçirilə biləcəyini istisna etməyib.

“İndiki şəraitdə kifayət qədər liberal olan və bu təcavüz şəraitində daha az məqbul hesab edilə bilən viza rejiminə yenidən baxmalı olacağımız istisna edilmir. Lakin bütün bunlara ictimaiyyəti də məlumatlandırmaqla hökumət qərar verilməlidir. Bu, yəqin ki, ən vacib məsələdir”, – Zurabişvili bildirib.

MənbəApa
Son xəbərlər
 ⁠
Digər xəbərlər