15 C
Baku
Friday, April 26, 2024

Ən çox aktivləri olan BOKT hansıdır? – Siyahı

Bü gün ölkəmizdə banklardan əlavə Bank Olmayan Kredit Təşkilatları (BOKT) da fəaliyyət göstərir. Son statistika göstərir ki, ölkədə BOKT-ların sayı 157-ə çatıb.

I Rüb cəmi BOKT-ların nizamnamə kapitalı 91,62 mln manat təşkil edib ki, bu rəqəm də ötən ilin sonu ilə müqayisədə 2.9% çoxdur. Nizamnamə kapitalı ilə yanaşı I rüb BOKT-ların aktivlərində də artım müşahidə olunub. Belə ki, ötən ilin sonu ilə müqayisədə aktivlər 9.6% artaraq 713,11 mln manata çatıb.

Ümumiyyətlə BOKT-lar ucqar regionlarda daha çevik hərəkət edir və əhalinin kreditləşməsində mühüm rol oynayır. BOKT-lar xüsusi razılıq, yəni lisenziya əsasında fəaliyyət göstərən və kreditlərin verilməsini həyata keçirən kredit təşkilatıdır. BOKT-lar ötən əsrin sonlarında yaransa da geniş yayılmışdır. Mərkəzi Bank tərəfindən BOKT-lar haqqında qanun təsdiqləndikdən sonra BOKT-ların inkişafı sürətlənmişdir.

Bank Olmayan Kredit təşkilatlarının aktivləri haqqında hazırlanmış reytinqdə 2015-cü ilin aprel ayı aid nəticələri qeyd olunub. Ölkədə bir çox kredit təşkilatlarının fəaliyyət göstərəsinə baxmayaraq bu reytinqdə bazarda ən aktiv olan BOKT-lar əlavə olunub.

Onu da qeyd edək ki, BOKT-lar haqqında bir neçə araşdırmalarda olduğu kimi, bu reytinqdə də aktivlərinə görə birinci yerdə, FİNCA Azerbaijan kredit təşkilatı dayanıb.

[table id=111 /]

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər

1 comment

Comments are closed.