9 iyun 2024-cü il saat 17.00-da “Azər-Avtonəqliyyat” ASC səhmdarların növbəti illik ümumi iclası keçiriləcəkdir.
Banker.az xəbər verir ki, gündəlikdəki məsələlər aşağıdakılardır:
1. Cəmiyyətin 2023-cü il üçün maliyyə-təsərrüfat fəaliyyətinin müzakirəsi və təsdiqi.
2. Təşkilati məsələlər.
3. Direktorlar (müşahidə) şurasının və sədrinin seçilməsi.
Şirkət 2004-cü ildə yaradılıb, nizamnamə kapitalı 178 354 manatdır. Ünvan – Gəncə şəhəri, Ş.İ.Xətai prospekti 85-dir.