23 C
Baku
Friday, April 26, 2024

Əsrin fırıldağı

Müxtəlif ölkələrdən olan fırıldaqçılar daha nə fırıldaqçılıq əməlləri düşünməmişlər ki?! Budur belə fırıldaqçılıq tarixlərindən  biri:

Bir dəfə adi bir tacir həftənin əvvəlində İngiltərəyə gəlir və gələcək həftə sonu burada öz iştirakını təsdiq edən bir neçə bahalı müqavilə imzalayır. O iştirakdan imtina edəcəyi halda partnyorlarına kifayət qədər yüksək məbləğdə cərimə ödəməli idi. Müqaviləni bağlayan tacir İsveçrənin bir şəhərinə uçur. Həftənin cümə günü o çox saylı zərgərlik mağazası yerləşən bir küçəyə yollanır. Tacir bu mağazalardan birində çox uzun sürən çək-çevirdən sonra bir zinət əşyası seçir. Bu seçim iki saat davam etmişdi və o öz şikayətləri ilə mağazadakı bütün satıcıları bezdirmişdi. Lakin nəticədə tacir mağazadakı ən bahalı, yəni 100 000 dollar dəyərində olan zinət əşyasını seçmişdi.

O daha sonradan mağaza satıcıları tərəfindən yoxlanılan çeklə ödəniş edir və mağazadan çıxır. Ona xidmət edən satıcı dərindən ah çəkərək müştərisini qapıya qədər yola salır. Birdən satıcı alıcının yolu keçdiyini və yolun qarşı tərəfində yerləşən zərgərlik mağazasına daxil olaraq gərgin şəkildə mağaza sahibi ilə söhbət etdiyini görür. Heyrətlənmiş və həyəcanlı mağaza sahibi qarşı küçədəki mağazaya zəng edir. İkinci mağazanın sahibi  bu tacirin mağazaya gələrək 80 000 dollara zinət əşyası satmaq istədiyini bildirir. Bu isə şübhə yaradırdı. Hadisə yerinə polis çağırılır və belə aydın olur ki, tacir 100 000 dollara aldğı zinət əşyasını digər mağazada 80 000 dollara satmaq istəyirdi. Təbii ki, bu zaman çekin saxta olduğu barədə şübhələr peyda olur.

Lakin bu faktı yerində yoxlamaq mümkün olmur, çünki bütün banklar bazar ertəsinə qədər bağlanmışdı. Tacir polis tərəfindən həbs edilir və bazar ertəsi istintaq aparılanadək polis bölməsində saxlanılır. Şübhəli şəxs öz hərəkətini onunla izah etmişdir ki, ona iki saat vaxtını ayırmış satıcıya xoş davranış sərgiləmək istəyib. Zinət əşyası isə ona lazım olmadığından qarşı küçədəki mağazaya satmaq niyyətində olub. Bazar ertəsi isə çek diqqətlə yoxlanılır və heç bir səhv olmadığı aşkar edildikdə tacirdən üzr istənilərək sərbəst buraxılır. Hər şey öz qaydasında idi.

Tacir azadlığa çıxan kimi İngiltərəyə uçur və partnyorlarına gecikməsinə səbəb olan əhəmiyyətli hadisəni izah edir. Bundan sonra isə iki İsveçrə zərgərlik mağazasını məhkəməyə verərək təzminat olaraq 1 000 000 dollar tələb edir…

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər