Bakının Nizami rayonu, Musa Əliyev küçəsinin bir hissəsində (Q.Qarayev pr-dən 8-ci km bazarınadək) 22 iyul tarixindən etibarən təmir işlərinə başlanılacaq.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən bildirilib ki, təmir işləri müddətində işlərin gedişinə uyğun olaraq nəqliyyat vasitələrinin hərəkəti mərhələli şəkildə qismən və ya tam məhdudlaşdırılacaq.






