23 C
Baku
Friday, April 26, 2024

10 funta alınmış brilyant nadir xəzinə imiş

Banker.az saytı xəbər verir ki, təqribən 30 il əvvəl 10 funta alınmış üzük öz sahiblərinə 350 min funt (456 min dollar) qazandıra bilər. Belə ki, Sotheby’s hərracının ekspertləri qiymətli daşı bu həcmdə qiymətləndirib və üzük məhz bu hərracda satışa çıxarılacaq.


Adı açıqlanmayan bir qadın 1980-ci illərin ortalarında 26,27 karat ölçüdə olan brilyantı Londonun Haunslou əyalətində küçə yarmarkasından əldə edib. Bu qadın bu ağ daşın XIX əsrə aid almaz olduğunu bilmirdi.


Hərrac mütəxəssisləri qeyd edib ki, brilyantın parıldamaması səbəbindən onun əsl almaz olduğuna inanmayıblar. Qeyd edək ki, XIX əsrdə qiymətli daşların cilalanması təkmil şəkildə həyata keçirilmirdi və bu səbəbdən də bu dövrün almazları xüsusi parıltı ilə fərqlənmirdi.


Üzüyün sahibi olan qadın 30 il ərzində daşın əsl qiymətindən xəbəri olmadan ondan istifadə edib və bu yaxınlarda bir zərgər daşın kifayət qədər baha ola biləcəyi barədə onu xəbərdar edib. Bununla da, üzük Sotheby’s mütəxəssislərinin əlinə düşür. Üzüyün yaxın zamanda hərraca çıxarılacağı gözlənilir.

 

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər