7 C
Baku
Thursday, December 12, 2024

Mark Zukerberqin sərvəti bir gündə $18 milyard azalıb

“Meta” şirkətinin həmtəsisçisi və baş icraçı direktoru Mark Zukerberq səhmlərin düşməsi nəticəsində bir gündə 18 milyard dollardan çox itirib, bu barədə “Bloomberg” yazıb.

Çərşənbə günü, aprelin 24-də Amerikanın texnologiya şirkəti “Meta” 2024-cü ilin birinci rübü üçün maliyyə hesabatını dərc edib. Şirkət gözləntilərdən yüksək gəlir əldə edib, lakin investorlar onun “süni intellektə həddən çox investisiya qoymasından” narahatdırlar.

NASDAQ birjasında ticarət zamanı qiymətli kağızların qiyməti 16,01% ucuzlaşaraq hər səhm üçün 414.5 dollar təşkil edib. Bu, 2024-cü ilin fevralından bəri minimum göstərici olub. Nəticədə “Meta”nın kapitallaşması 200 milyard dollar azalıb.

Son xəbərlər
Digər xəbərlər