23 C
Baku
Friday, April 26, 2024

2017-ci ildə Azərbaycanda ticarət balansının müsbət saldosu $6 milyardı ötüb

2017-ci ildə Azərbaycanda ticarət balansının müsbət saldosu $6,2 mlrd. təşkil edib. Bunu prezident İlham Əliyev deyib.

“2017-ci ildə ixrac 19%, qeyri-neft ixracımız isə 24% artıb.İdxal isə təqribən cəmi 1% arıb və bu da təbiidir. Ticarət balansımızın müsbət saldosu isə 6,2 milyard dollardır”, – İ.Əliyev Nazirlər Kabinetinin2017-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında bildirib.

Prezident əmindir ki, bu il və bundan sonrakı illərdə saldomuz həmişə müsbət olacaq. “Hesab edirəm ki, fərq daha da böyük olacaq və beləliklə, makroiqtisadi vəziyyətimizin yaxşılaşdırılması, manatın məzənnəsinin sabit səviyyədə saxlanması üçün bu, çox mühüm amillərdən biridir”, – o vurğulayıb.

Xəbər verildiyi kimi, 2016-cı ilin yekunları üzrə xarici ticarətin müsbət saldosu $610,8 mln. təşkil edib.

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər