23 C
Baku
Friday, April 26, 2024

2018-ci ilin I rübü üzrə qiymətli kağızlar bazarının icmal göstəriciləri açıqlanıb

2018-ci ilin I rübü ərzində qiymətli kağızlar bazarında 6.2 mlrd. manat həcmində əməliyyat aparılmışdır ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 2.7 dəfə çoxdur.

Əməliyyatların 48%-i (3 mlrd. manat) ilkin bazarda, 52%-i (3.2 mlrd. manat) isə təkrar həyata keçirilmişdir.

Törəmə maliyyə alətləri üzrə 2.6 mlrd. manat həcmində əməliyyat baş tutmuşdur ki, onun da 90%-i (2.3 mlrd. manat) valyuta əsaslı fərq müqavilələrin payına düşür.

2018-ci ilin I rübü ərzində ötən ilin müvafiq dövrü ilə müqayisədə 79 dəfə daha çox repo əməliyyatları aparılmışdır. Hesabat dövrü ərzində həyata keçirilmiş repo əməliyyatlarının həcmi 215 mln. manat (56%-i və ya 120 mln. manat Mərkəzi Bankın notları ilə) olmuşdur.

Hesabat dövründə ümumilikdə 4.1 mlrd. manat həcmində (36 sayda qeydiyyat) qiymətli kağızların dövlət qeydiyyatı aparılmışdır.

2018-ci ilin I rübü üzrə qiymətli kağızlar bazarının əsas göstəriciləri icmal göstəricilərdə öz əksini tapmışdır.

QK_Hesabat_mart_2018

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər