24 C
Baku
Friday, April 26, 2024

2024-cü ildə neftə tələbat pik həddə çatacaq, “Goldman Sachs” deyir

Ən ekstremal ssenarilərlə neftə tələbin maksimal həddinin 2024-cü ildə olacağı ehtimal edilir.

“Forexpf.ru” saytına istinadən, bu proqnoz ABŞ-ın nüfuzlu “Goldman Sachs” bankının hesabatında qeyd olunub.

Hesabatda bildirilir ki, yanacaqla çalışan avtomobillərin enerji effektivliyinin artması, elektrikli avtomobillərin istehsalının çoxalması, həmçinin qlobal iqtisadi artım tempinin yavaşlaması ona gətirib çıxara bilər ki, 2024-cü ildən etibarən neftə tələb azalmağa başlaya bilər. Hindistanın liderliyi ilə inkişaf etməkdə olan ölkələrin iqtisadi artım tempinin davam etməsi bu hadisəni 2030-cu ilə qədər uzada bilər. Lakin hər iki variantda benzin və dizel yanacağına tələbat azalmağa davam edəcək. Onların yerini isə digər neft məhsulları tutacaq.

MənbəReport
Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər