7 C
Baku
Thursday, December 12, 2024

Dünya Bankı buğdanın qiyməti ilə bağlı proqnozunu azaldıb

Dünya Bankı (DB) 2024-2025-ci illər üçün buğdanın qiyməti üzrə proqnozunu yeniləyib.

Bu barədə Dünya Bankının əmtəə bazarları ilə bağlı növbəti hesabatında bildirilir.

Hesabata əsasən, 2024-cü ildə 1 ton buğdanın qiyməti 290 dollar təşkil edəcək, bu da öncəki proqnoz göstəricisindən 45 dollar azdır.

DB-nin proqnozuna əsasən, 2025-ci ildə 1 ton buğdanın qiyməti 285 dollar səviyyəsində olacaq ki, bu da öncə verilən proqnoz göstəricidən

35 dollar azdır.

Belə ki, Bankın proqnozuna əsasən, 2024-cü ildə buğdanın qiyməti illik müqayisədə 14.8%, 2025-ci ildə isə 1.7% azalacaq.

Qeyd olunur ki, 2023-cü ildə 1 ton buğdanın qiyməti 340 dollar olub, bu da 20.8% azalma deməkdir.

MənbəAPA
Son xəbərlər
Digər xəbərlər