21 C
Baku
Friday, April 26, 2024

ABŞ neftin qiymətini aşağı salacaq qərar qəbul etdi

ABŞ konqresinin liderləri ölkənin 2016-cı maliyyə ili üçün büdcə xərcləri planı üzrə razılıq əldə ediblər.
Banker.azın ANSPRESS istinadən verdiyi xəbərə görə, razılığa əsasən ABŞ-ın 40 il ərzində ölkədən neft ixracatına qoyduğu qadağa aradan qaldırılıb. Konqresmenlərin razılaşma əldə etdiyi haqda Nümayəndələr palatasının spikeri Pol Rayan məlumat verib.

Rayanın sözlərinə görə, dövlət xərcləri üzrə planın təstiqlənməsinə dair müzakirələr dekabrın 17-ə təyin olunub. Dövlətin xərclərinə 1,1 trilyon ABŞ dollarının ayrılması planlaşdırılıb.

1975-ci ildə qüvvədə olan neft ixracatı qadağasına gəldikdə isə, Viskonsin ştatından olan Reyd Ribbl bildirib ki, neft embarqosunun götürülməsində respublikaçılar israr ediblər.

Dövlət xərclərinə dair qanunun qəbul edilməsində ləngimə məhz bu sual üzrə demokratçılarla respublikaçılar arasında fikir ayrılığı yaranması səbəbindən baş verib. Embarqonun götürülməsinə qarşı ABŞ prezidenti Barak Obama da çıxış edib. Demokratlar hesab edirlər ki ekoloji cəhətdən bərpa olunan enerji ilə işləyən şirkətləri dəstəkləmək lazımdır. Respublikaçılar partiyasının nümayəndələri isə amerika neftinin ixracatının ölkəyə əlavə gəlir gətirəcəyinə və büdcəni balanslaşdırmağa imkan verəcəyinə diqqət çəkirlər.

Amerika neftinin ixracatına qoyulan qadağanın aradan qaldırılmasına dair qərar “qara qızılın” qiymətinin kəskin düşməsi fonunda qəbul edilə bilər. Hazırda ( Bakı vaxtı ilə 17:24 – red.) dünya birjasında “Light” neftinin (Texas nefti – red.) bir bareli 36.89 dollar, “Brent” markalı neftin bir bareli isə 37.68 dollar təşkil edir. Dekabrın 14-ü isə 37 dollardan aşağı düşən neft 2008-ci ildən tarixi minimuma enib.

Nümayəndələr palatasının üzvü senator Co Barton bəyan edib ki, ABŞ “ən yaxşı texnologiyalara və ən yaxşı neftə malikdir” və neft bazarından Rusiya, Səudiyyə Ərəbistanı və İranı sıxışdırıb çıxara bilər.

ABŞ neft ehtiyyatlarının həcmi 2015-ci ilin aprelində tarixi maksimuma çatıb – 490,9 milyon barrel. Hazırda ABŞ neft ehtiyyatları 486 milyon barrel təşkil edir. Ehtiyyatların artmasına şist neftinin hasilatının qalxması səbəb olub.

ABŞ-ın gündəlik neft hasilatı 9 milyon barrel təşkil edir.

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər