2 C
Baku
Saturday, December 14, 2024

İş yerlərinə sağlamlıq haqqında arayışın verilməsi ilə bağlı yenilik

Mayın 1-dən etibarən işə qəbul zamanı və sürücülük vəsiqəsi əldə etmək üçün tələb olunan tibbi arayışları elektron formada tibb müəssisələrindən  əldə etmək mümkün olacaq.

Banker.az xəbər verir ki, TƏBİB-in İcraçı direktoru Vüqar Qurbanov  TƏBİB-in tabeli tibb müəssisələrində ən çox müraciət olunan arayışların – işə, təhsil müəssisələrinə qəbul zamanı və sürücülük vəsiqəsi əldə etmək üçün tələb olunan tibbi arayışlar olduğunu bildirib. Ötən il ərzində 28 893 nəfərə “Ali məktəblərə, kolleclərə, liseylərə daxil olan abituriyentlər və işə qəbul olunanlar üçün”, 4 404 nəfərə isə “Sürücülüyə yararlı olmaq barədə” tibb arayış təqdim olunub”.

V.Qurbanov həmçinin vurğulayıb ki,  hazırda Elm və Təhsil Nazirliyi ilə ali məktəblərə, kolleclərə, liseylərə qəbul olunan abituriyentlər üçün də sağlamlıq arayışları elektronlaşdırılır.

Son xəbərlər
Digər xəbərlər