21 C
Baku
Friday, April 26, 2024

Amazon satıcı və kassirlərsiz ağıllı mağazalar yaradır

Banker.az The Times nəşrinə istinadən xəbər verir ki, Amazon şirkəti kassa və kassirləri olmayan Amazon Go ağıllı supermarketləri şəbəkəsinin açılması üçün Londonun mərkəzində ticarət nöqtələri axtarışına başlayıb.

 

İlk Amazon Go mağazası 2015-ci ilin dekabr ayında Sietldə 2131 7th Ave ünvanında açılıb. Bu mağaza hələ ki, şirkət əməkdaşları üçün beta-rejimdə işləyir, lakin 2017-ci ildə Amazon mağazanı hər kəs üçün işə salacaq.

İstifadəçi alış-verişə başlamaq üçün lazımi tətbiqetməni yükləməli və telefonun ekranından QR-kodu skan etməlidir. Yalnız bundan sonra alıcı istədiyi məhsulu piştaxtadan götürə və gedə bilər. Mağazanın girişində quraşdırılmış xüsusi çiplər məhsulların ştrix kodlarındakı məlumatları hesablayır. Digər texnoloji detallar açıqlanmır.

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər