24 C
Baku
Friday, April 26, 2024

Amerikalı təqaüdçülərdən maliyyə məsləhətləri

Necə uzun müddət və xoşbəxt yaşaya bilərik? Bu ilk baxışdan bəsit sualdır. Məşhur gerontoloq Karl Pillemer min amerikalı yaşlı şəxsə (80-100 yaş) bu sual ilə müraciət etmişdir.

“Ekspertlərin” verdikləri cavablar “Həyat üçün 30 dərs”  (30 Lessons for Living) kitabında toplanmışdır. Bu kitab çox qısa zaman ərzində bestsellerə çevrilir.

Amerikalı təqaüdçülər uşaqların tərbiyəsi, ailədaxili münasibətlər və sağlam qidalanma ilə yanaşı pullarla necə düzgün şəkildə davranmaq lazım olduğunu da bildirmişlər.

№ 1. Gənclər üçün pullar demək olar ki, hər şeydir. Yaşlı insanlar isə bu asılılıqdan uzaqdırlar.

Sorğuda iştirak edən min insandan heç biri xoşbəxtliyi zənginlik və çoxlu pul ilə əlaqələndirmir. Onlardan heç biri dünyanın ən varlı insanı olmaq istəmir. Əmək haqqının miqdarı isə peşə seçimində açaq mövqe oynamır.

№ 2. Pullar çox vaxt zamanla əks münasibətdədir. Bu ziddiyəti idarəniz altında saxlamağa çalışın.

Uzun illər yaşamış insanlardan məsləhət: daha çox əmək haqqı qazanmaq və yaxud vəzifənizi artırmaq üçün bütün vaxtınızı işdə keçirməyə çalışmayın. Sözsüz ki, yaşamağınız üçün pul lazımdır. Lakin bununla belə özünüzü həlak etməyin mənası yoxdur. Zamanınızın çoxunu ailəniz, dostlarınız ilə keçirin, nə qədər ki, cavan və sağlamsınız həyatdan həzz alın.

№ 3. İşdə müstəqillik.

“Ekspertlər” işdən danışdıqda iki əsas amili qeyd edirlər: məqsəd və müstəqillik. Bunlarsız işiniz əsl cəhənnəmə çevriləcək. Qərar vermə azadlığınızın olacağı işə üstünlük verin.

№ 4. İşdən həzz almağa çalışın.

Yaşlı təqaüdçülərdən biri deyir: Səhərlər böyük həvəslə getdiyiniz işdən daha gözəli yoxdur. Bu mənim əsas həyat dərsimdir və bunu uşaqlarıma və tələbələrimə də aşılamaq istəyirəm. Səhərlər işə getmək üçün həvəslə qalxmırsınızsa, demək düzgün peşəni seçməmisiniz.

№ 5. Yeni karyera imkanlarından istifadə edin.

Onların fikrincə daim yeni təkliflərə və ideyalara hazır olmaq lazımdır. Fürsəti əldən verməkdən pis heç nə yoxdur.

№ 6. Daha çox səyahət edin.

Amerikalı təqaüdçülər belə deyir: “Təəssüflər olsun ki, müxtəlif ölkələrə və şəhərlərə az səfərlər etmişəm”.

№ 7. Uğura nail olmaq üçün tək istedadlı deyil, həm də səmimi olmaq lazımdır.

Əgər siz kollektivdə işləməyi və əməkdaşlarla ünsiyyət qurmağı bacarmırsınızsa, iti ağıl və yaxşı istedad uğura nail olmaq üçün sizə kömək etməyəcək. İndi bütün insanlar bütün diqqətini texniki biliklər əldə etməyə yönəldərək, diqqət, digərlərini dinləmək və səmimiyyət kimi insani keyfiyyətləri unudurlar.

№ 8. Qənaətcil olun, lakin yaşamağı unutmayın.

Sorğuda iştirak edənlərdən biri deyir: “Mən işləməyə başlayanda 20 yaşım var idi. Hər maaşımdan imkan olduğu qədər qənaət etməyə çalışırdım. Anamın həyatdan zövq almaq məsləhətinə qulaq asmadım”.

№ 9. Dəyişə bilmədiyiniz şeylər barədə narahatlıq hissi keçirməyin.

Belə düşünmək olar ki, Böyük Depressiya dövrünü yaşamış insanlar sizə daim pullarla ehtiyatlı davranmağı məsləhət görəcəklər. Lakin əslində isə hər şey əksinədir. Onlar bildirirlər ki, narahatlıq hissi keçirmək həyatımıza mənfi təsir göstərir və narahatlıqla keçən zamanı boşa zaman xərci adlandırırlar.

№ 10. Uzun müddət düşünmək adi insana deyil, investora yaraşır.

 “Bütün həyatım boyu hazırda ətrafımda baş verənlər barədə deyil, gələcək barədə düşündüm. Yalnız indi gələcəyin deyil, hazırki günün necə qiymətli olduğunu anladım. Bu hiss mənə xoşbəxt və daxili sakitliyə sahib olmağa kömək edir. Təəssüflər olsun mən bunu 30 yaşımda deyil, 60 yaşımda anladım. Bu mənim gənc insanlara əsas məsləhətimdir” – deyə yaşlı amerikalı sözünü bitirir.

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər