14 C
Baku
Thursday, May 2, 2024

Apple serial və teleşoularını yaradacaq

The Wall Street Journal-ın öz mənbələrinə istinadən verdiyi məlumata görə, Apple şirkəti film və teleşou çəkmək ilə məşğul olacaq və ilk məhsullar 2017-ci ilin sonuna doğru təqdim ediləcək.

Nəşrin yazdığına görə, şirkət bir neçə aydır ki, serial ssenarilərinin alınması ilə bağlı prodüserlərlə danışıqlar aparır.

Apple şirkətinin yaradacağı məzmun «Westworld» və «Stranger Things»-dən heç də geridə qalmayacaq, deyə The Wall Street Journal bildirib.

Nəşr qeyd edir ki, şirkət serial və teleşou yaratmaqla özünün Apple Music və Spotify şirkəti ilə rəqabəti gücləndirməyi planlaşdırır.

Son xəbərlər
 ⁠
Digər xəbərlər