24 C
Baku
Friday, April 26, 2024

ARDNF İcraçı direktoru VTB ASC-nin Müşahidə Şurasının yeni tərkibinə seçilib

Azərbaycan Dövlət Neft Fondunun (ARDNF) İcraçı direktoru Şahmar Mövsümov 2013-cü il iyunun 28-dən müstəqil üzv vəzifəsində olduğu Rusiyanın Bank VTB ASC-nin Müşahidə Şurasının yeni tərkibinə seçilib.

Bankdan  verilən məlumata əsasən, bu qərar iyunun 26-da VTB səhmdarlarının iclasında qəbul edilib.

Səsvermə nəticəsində Ş.Mövsümov 13,3 trilyon səs toplayıb.

Bankın Müşahidə Şurasının hazırkı tərkibinə həmçinin Mattias Varniq (9,1 trilyon səs), Sergey Qalitskiy (538,5 milyard səs), İv Tibo De Silqi (9,2 trilyon səs), Sergey Dubinin (9,1 trilyon səs), Andrey Kostin (9,1 trilyon səs), Nikolay Kropaçev (9,1 trilyon səs), Valeri Petrov (9,2 trilyon səs), Aleksey Ulyukayev(9,1 trilyon səs), Vladimir Çistyuxin (9,1 trilyon səs) və Andrey Şaronov (9,1 trilyon səs) daxildir.

Bank VTB-nin Müşahidə Şurası sədri vəzifəsinə Rusiya İqtisadi İnkişaf naziri Aleksey Ulyukayev seçilib.

Köhnə tərkibdən Müşahidə Şurasına düşməyən namizədlər sırasında RF Maliyyə nazirinin müavini Aleksey Moiseyev, Dövlət Duması aparatının sədr müavini Mixail Kopeykin, Rusiya iqtisadi məktəbinin rektoru Simeon Dyankov, habelə bank azlıqlarının nümayəndəsi Yelena Popova var.

Trend

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər