21 C
Baku
Friday, April 26, 2024

Avstraliya iqtisadiyyatında artıq 26 ildir resessiya müşahidə olunmur

Keçən ilin son rübündə artım tempində cüzi yavaşlama müşahidə olunmuşdur

Mənfi hava şəraiti ilə bağlı ixracatın zərər çəkməsi nəticəsində Avstraliyada iqtisadi artım 2017-ci ilin 4-cü rübündə yavaşlayıb. Lakin istehlakın bərpası və dövlət xərclərinin artması ölkəyə ardıcıl olaraq 26-cı resessiyasız ili sona çatdırmağa kömək edib.

Avstraliyada ÜDM üçüncü rübdə 0,7% artdığı halda və analitiklərin proqnozlaşdırdığı 0,5%-in əksinə, dördüncü rübdə 0,4% artıb. Take-profit.org məlumat verir ki, illik artım əvvəlki rübdə 2,9%, sonuncuda isə 2,4% təşkil edib. İnflyasiyanın canlanması və artımın sürətlənməsini gözləyərək mart ayının əvvəlində artım faizini 1,50 rəqəmində saxlayan Avstraliya Ehtiyat Bankını bu rəqəmlər məyus edib. İnvestorlar monetar siyasətdə 2019-cu ilin əvvəlinə qədər dəyişikliyin olmayacağına ümid edirlər.

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər