22 C
Baku
Friday, April 26, 2024
Home Məqalələr Bu maraqlıdır Avtomobilini batıraraq sığortadan pul almaq istədi, canından oldu

Avtomobilini batıraraq sığortadan pul almaq istədi, canından oldu

0
Avtomobilini batıraraq sığortadan pul almaq istədi, canından oldu

Çinin Vinlin şəhərindən olan bir biznesmen sığortadan pul almaq üçün avtomobilini batırmağa cəhd edib və nəticədə özü həlak olub.

Banker.az South China Morning Post nəşrinə istinadən xəbər verir ki, həlak olmuş sözügedən bu biznesmen 5 il əvvəl aldığı Jaguar avtomobilindən xilas olmaq qərarına gəlir. 400 min yuan bazar dəyərinə sahib bu maşın 500 min yuan ilə sığorta olunmuşdu. Buna görə də, çinli onu satmaq əvəzinə batırmaq və yalan yolu ilə sığortadan pul əldə etmək qərarına gəlir.

image

Həmin şəxs avtomobili mobil telefonun köməkliyi ilə idarə etməyə imkan verən xüsusi gadgetin köməkliyi ilə Jaguarı çaya tərəf gətirir, qəza abu-havası yaratmaq üçün bir tanışı ilə suya tullanır. O izləri yox etmək üçün avtomobilə tərəf üzür, qız isə sahilə çıxaraq onun geri dönməsini gözləyir.

Lakin maşın sahibi geri dönmədikdə qız kömək üçün yerli sakinlərdən kömək istəyir. Belə məlum olur ki, kişi batmış avtomobilin salonunda ilişib qalıb. O sahilə çıxarılır. Hadisə yerinə çağırılmış təcili yardımın həkimləri onun artıq dünyasını dəyişdiyini bildirir.

2001-ci ildə 39 yaşlı bir amerikalı 7 milyon dollar həcmində sığorta əldə etmək üçün öz “ölümünü” uydurmuşdu. Qarşılığında fırıldaqçılığına görə 5 il azadlıqdan məhrum edilir.