16 C
Baku
Thursday, May 16, 2024

Azərbaycanda iş adamları üçün yeni güzəştlər

Azərbaycanda yeni iş yerləri yaradan və ya işçilərinə yüksək maaş verən sahbkarlara vergi güzəştləri tətbiq ediləcək.

Bu barədə mənbəyə Vergilər Nazirliyindən bildirilib. Nazirlikdən qeyd olunub ki, hazırda kiçik və orta sahibkarlar üçün yeni vergi güzəştlərinin tətbiqi ilə bağlı işlər aparılır. Vergi güzəştləri həm sadələşdirilmiş vergi, həm də mənfəət vergisinin ödəyicilərinə aid olacaq.

Güzəştlərin verilməsi zamanı müxtəlif mexanizmlərdən istifadə ediləcək. Belə ki, güzəşt təkcə vergi dərəcələrinin azaldılması yolu ilə deyil, həm də şirkətin və ya iş adamının gəlirlərinin məbləğinin azaldılması formasında həyata keçiriləcək.

Bu yeniliklərin parlamentdə təsdiqlənərək, gələn ilin əvvəlindən qüvvəyə minməsi planlaşdırılır.

MənbəFED.az
Son xəbərlər
 ⁠
Digər xəbərlər