32 C
Baku
Wednesday, June 12, 2024

Bir ay ərzində Yaponiyaya üç milyon turist səfər edib

Aprel ayında Yaponiyaya üç milyondan çox turist gəlib. Bu, son iki ay üçün rekord göstəricidir.

Yaponiya Milli Turist Təşkilatının (JNTO) məlumatına görə, işlə bağlı və ya istirahət etmək üçün ölkəyə gələn əcnəbi turistlərin sayı aprel ayında 3,04 milyon nəfərə çatıb.

Milli valyuta olan yenin 34 illik minimuma qədər ucuzlaşması Yaponiyaya gələn turistlərin artmasına gətirib çıxarıb. Cari ilin nəticələrinə görə, bu göstəricinin 2019-cu ilin rekordu olan 31,9 milyonu ötüb keçəcəyi gözlənilir.

Turizm sənayesinin inkişafı yapon iqtisadiyyatına müsbət təsir edir. Lakin yerli sakinlər turistləri nalayiq davranışda təqsirləndirir. Son aylarda zibil və qanunsuz parklanmaya görə şikayətlər artıb, Fuji dağındakı foto çəkmək üçün zonada maneələr quraşdırılıb.

Son xəbərlər
 ⁠
Digər xəbərlər