23 C
Baku
Friday, April 26, 2024

Azərbaycan banklarına borcu azalaraq $18,3 milyona düşdü

Azərbaycanda qızıl hasilatı ilə məşğul olan “Anglo-Asian Mining” şirkətinin xalis borcu bu ilin yanvarın 1-nə 18,3 mln. dollar təşkil edib.

Borcun 1 mln. dolları “Kapital Bank” ASC, 2,1 mln. dolları “Azərbaycan Beynəlxalq Bankı” ASC, 3,7 mln. dolları “Paşa Bank” ASC-nin kreditləri üzrədir. Report-un şirkətə istinadən verdiyi xəbərə görə,  “Kapital Bank”a borc III rübün yekunu ilə müqayisədə 0,2 mln. dollar, “Paşa Bank”a borc 1,7 mln. dollar, “Azərbaycan Beynəlxalq Bankı”na borc 2,3 mln. dollar azalıb.

Ümumilikdə, 2017-cı ilin sonuna şirkətin borcu aşağıdakı şəkildə olub:

Kreditorlar Borc (mln. dollar)
Kapital Bank 1.0
Amsterdam Trade Bank and Gazprombank (Switzerland) 7.4
International Bank of Azerbaijan 2.1
Atlas Copco equipment finance loan
YapiKredit
Pasha BankReza Vaziri – director’s loan
0.3
2.2
3.73.9
Total loans 20.6
Cash on hand and at bank (2.3)
Net debt 18.3

Xatırladaq ki, “Gədəbəy” yatağında qızıl və gümüş 1997-ci il avqustun 21-də imzalanmış Hasilatın Pay Bölgüsü (PSA – Production Sharing Agreement) müqaviləsi çərçivəsində hasil olunur. Müqavilədə Azərbaycanın payı 51%, “Anglo-Asian Mining Plc.” şirkətinin payı 49% təşkil edir. “Gədəbəy” yatağında ilk qızıl hasilatına 2009-cu ildə, gümüş hasilatına isə 2010-cu ildə başlanıb.

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər