24 C
Baku
Friday, April 26, 2024

“Azərbaycan Sənaye Sığorta”nın baş ofisi yeni ünvana köçüb

“Azərbaycan Sənaye Sığorta” ASC baş ofisinin yerini dəyişib. Bu barədə Şirkətdən bildirilib.

Məlumata görə, yeni baş ofis Bakının Səbail rayonunda, Həsən Seyidbəyli küçəsi,122 ünvanındakı “Gümüş Plaza” yaşayış və biznes kompleksində yerləşir. Bu kompleks Şirkətin daxil olduğu “Azərsun Holdinq” MMC-nin mülkiyyətindədir. Xatırladaq ki, sığorta şirkəti bu günə qədər paytaxtın Xətai rayonunda, Xocalı prospekti,37 ünvanındakı “Dəmirçi Plaza” iş mərkəzində fəaliyyət göstərib.

ASS 2008-ci ildə yaradılıb. Şirkət 1996-cı ildən sığorta bazarına daxil olmuş “Cİ Sığorta” MMC-nin hüquqi varisidir. Onun nizamanmə kapitalı 11 mln. manatdır. Bu məbləğ hər birinin nominal dəyəri 2 200 manat olan 5 000 səhm əsasında formalaşıb. Səhmlərin 75%-i “Anadolu İnvestment Kompani” MMC-yə, 25%-i isə “Azərbaycan Sənaye Bankı” ASC-yə məxsusdur.

Report

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər