21 C
Baku
Friday, April 26, 2024

Azərbaycanda mehmanxanalar ilk rübdə 73 mln. manat gəlir əldə edib

Bu ilin birinci rübündə ölkə üzrə mehmanxanalarda 586,0 min gecələmə keçirilib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 24% çoxdur.

Azərbaycan Respublikası Dövlət Statistika Komitəsindən verilən məlumata görə, gecələmələrin 58%-i Bakıda, 9,7%-i Qəbələdə, 8,6%-i Qusarda, 4,8%-i Naftalanda, 3,8%-i Naxçıvan Muxtar Respublikasında, 3,7%-i Qubada, 1%-i Gəncədə, hər birində 0,8% olmaqla Lənkəranda və Masallıda, hər birində 0,5% olmaqla Tovuzda və Qazaxda, 7,8% isə digər rayonlardakı (şəhərlərdəki) mehmanxanalarda qeydə alınıb.

Əcnəbilər və vətəndaşlığı olmayan şəxslər tərəfindən keçirilmiş gecələmələrin sayı 439,8 min təşkil edib ki, bu da ümumi gecələmələrin 75,1%-ni təşkil edir. Gecələmələrin 18,3%-i Birləşmiş Ərəb Əmirlikləri vətəndaşları, 14%-i Rusiya vətəndaşları, 9,4%-i İran vətəndaşları, 4,9%-i Türkiyə vətəndaşları, 4,4%-i ABŞ vətəndaşları, 3,7%-i Qətər vətəndaşları, 3,3%-i Böyük Britaniya vətəndaşları, 3,1%-i Küveyt vətəndaşları, 1,6%-i Ukrayna vətəndaşları, 1,5%-i Almaniya vətəndaşları, 0,8%-i İtaliya vətəndaşları, 0,7%-i Gürcüstan vətəndaşları, 34,3%-i digər ölkələrin vətəndaşlarının payına düşüb.

Bu ilin birinci rübündə mehmanxanaların gəlirləri 73,1 mln. manat olub ki, onun 64,5%-i nömrələrin (otaqların) təqdim olunması üzrə xidmətlərdən, 23,5%-i içkilər də daxil olmaqla qida məhsullarının satışı üzrə xidmətlərdən, 4,9%-i müalicə və sağlamlıq xidmətlərindən, 7,1%-i isə digər xidmətlərin göstərilməsindən əldə edilib.

Mehmanxanaların nömrə fondundan istifadə səviyyəsinin orta göstəricisi ölkə üzrə 20% təşkil edib. Bu göstərici Naftalanda 52%, Bakıda 32,1%, Qusarda 24,2%, Qəbələdə 22,9%, Qubada 21,7%, Naxçıvanda 9,1%, Lənkəranda 7,6%, Şəkidə 6,5%, Şamaxıda 4,2%, Gəncədə 2,8%, Qaxda 2,5%, digər şəhər və rayonlarda isə 2,5%-dən aşağı olub.

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər