24 C
Baku
Friday, April 26, 2024

Bank əməkdaşları Ferrari alan zaman saxlanıldı

Moskvada polis əməkdaşları Məryəm və Tamilla Dadaşova bacılarını 7 milyon rubl məbləğində Ferrari avtomobilini alarkən saxlayıblar.

Qeyd edək ki, Məryəm çoxdan bu avtomobilin arzusunda idi. O, ötən il BƏƏ-də Ferrari muzeyində avtomobillə foto çəkdirərək “Instagram”da “Mənə bağışlayın” yazısı ilə paylaşmışdı.

Məlum olub ki, hər iki qız “Sberbank”ın əməkdaşlarıdırlar. 26 yaşlı Məryəm Böyük Andronyevski küçəsində kredit təşkilatı şöbəsində müştəri meneceri vəzifəsində çalışırdı, 22 yaşlı Tamilla isə eyni vəzifədə Lyusinov küçəsindəki şöbədə işləyirdi. Bacıların hər ikisi kiçik biznesə cavab verən şöbədə çalışırdılar.

Müstəntiqlər hesab edirlər ki, bahalı avtomobili almazdan bir neçə gün əvvəl Dadaşova bacıları böyük fırıldaqlarını həyata keçiriblər.

İlkin məlumata əsasən, hüquqi şəxslərlə işləyən və onların hesablarına girişi olan qızlar 40 milyon rubl vəsaiti “çıxararaq nağdlaşdırıblar”. Bu vəsaiti sonradan bir günlük şirkətlərin adına yazaraq özlərinə götürüblər. Pulları alandan bir gün sonra qızlar alış-verişə gediblər.

Hər iki qız barəsində “xüsusi böyük məbləğdə törədilmiş fırıldaqçılıq” maddəsi ilə cinayət işi açılıb.

“Sberbank” rəhbərliyi isə belə bir fırıldağın necə həyata keçirilməsi ilə maraqlanır.

Qeyd etmək lazımdır ki, Məryəm Dadaşova  2013-cü ildə Rusiya Xarici Ticarət Akademiyasını bitirib. O, “Sberbank”a diplom almamışdan bir il əvvəl işə düzəlib. Onun kiçik bacısı Tamilla isə iqtisadiyyat və hüquq üzrə mütəxəssisdir.

Dadaşova bacılarının sosial şəbəkələrdə paylaşdıqları fotolardan belə qənaətə gəlmək olar ki, onlar səyahət etməyi, restoran və klublarda əylənməyi xoşlayırlar.

2 23 24 26

oxu.az

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər