24 C
Baku
Friday, April 26, 2024

Bank əməliyyatçı vəzifəsinə təcrübəçilər axtarır

“Bank Standard” ali məktəbi yeni bitirən, iqtisadi, texniki, riyazi təhsilli, bank sektorunda çalışmaq istəyən, lakin təcrübəsi olmayan şəxsləri təcrübə proqramına qoşulmağa dəvət edir.

Bankdan verilən məlumata görə, təcrübə proqramı çərçivəsində aparılan seçim zamanı gülərüz, xoş görünüşlü, yaşı 25-dək olan şəxslərə üstünlük veriləcək.

Bir neçə xarici dil biliklərinin olması namizəd üçün əlavə üstünlük hesab olunacaq. Təcrübə proqramını uğurla başa çatdıran namizədlər “Bank Standard” KB-də işlə təmin olunacaqlar.

Təcrübə proqramı çərçivəsində namizədlər müştərilərlə ünsiyyət saxlayacaq, pərakəndə müştərilərə xidmət üzrə fəaliyyət göstərəcək, bir sıra bank əməliyyatlarını həyata keçirməyi öyrənəcəklər.

Namizədə qarşı tələblər:
• Ali təhsilinin olması;
• Yüksək ünsiyyət qabiliyyəti;
• Gülərüz, səbirli və mehriban olması;
• Azərbaycan dilində mükəmməl səviyyədə danışıq və yazı bacarığının olması (digər xarici dil bilikləri üstünlük kimi hesab olunacaq);

Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini [email protected] elektron poçt ünvanına göndərə bilərlər.

Müraciət edənlərdən vəzifənin adını email-in mövzu hissəsində “Müştərilərə xidmət mərkəzi üçün əməliyyatçı” şəklində göstərməyi xahiş olunur.

APA

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər