23 C
Baku
Friday, April 26, 2024

Bank sirri qanunsuz yayanların cərimələnməsi qaydası dəyişib

Azərbaycanda kommersiya və ya bank sirri təşkil edən məlumatların qanunsuz yolla əldə edilməsi və ya yayılması ilə bağlı cərimənin tətbiqi proseduru dəyişdirilib. 

Məlumatına görə, bu, bu gün Milli Məclisin plenar iclasında qəbul edilən İnzibati Xətalar Məcəlləsinə dəyişikliklərdə əksini tapıb. Qüvvədə olan qanuna əsasən, sahibkarın razılığı olmadan kommersiya və ya bank sirri təşkil edən məlumatların tamah və ya başqa şəxsi niyyətlə qanunsuz yolla istifadə edilməsinə və ya yayılmasına görə, bu, az miqdarda (7000 manatadək) ziyan vurduqda fiziki şəxslər 1500 manatdan 2000 manatadək məbləğdə, vəzifəli şəxslər 3000 manatdan 5000 manatadək məbləğdə, hüquqi şəxslər 10000 manatdan 12000 manatadək məbləğdə cərimə edilir. Dəyişikliyə əsasən, bu əməli törədənlər inzibati xəta nəticəsində vurulmuş ziyanın (əldə edilmiş gəlirin) iki mislindən dörd mislinədək miqdarda cərimə ediləcəklər.

APA

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər