24 C
Baku
Friday, April 26, 2024

Bankçılığın hansı tendensiyalarını göz ardına vurmaq olmaz?

Banker.az xəbər verir ki, Forrester araşdırma şirkətinin analitikləri bank sahəsində bankın rəqəmsal imicinə və onun müştərilər ilə münasibətinə təsir edən bir neçə tendensiyaları ayırd etmişlər.  

1. Müştərilərə aktual rəqəmsal xidmətlər lazımdır:

Artıq müştəriləri istənilən cihazdan internet bankçılığa qoşulmaq imkanı ilə təəccübləndirə bilməzsiniz. İndi müştərilərə onun özünün ehtiyacı yaranmazdan əvvəl bankın təklif edəcəyi fərdiləşdirilmiş bank xidmətləri (məsələn, kapitalın idarə edilməsu sahəsi) lazımdır.

Əksər maliyyə təşkilatları bildirir ki, onlar artıq öz müştərilərinə təklif etdikləri fərdiləşdirilmiş xidmətlər üzərində işləyir.

Lakin əslində hamı müştəriyə artıq mövcud olan məhsul və yaxud xidməti satmaq imkanlarının axtarışı ilə kifayətlənir.

Hər bir əmanətçiyə aktual məhsul təklif etmək üçün öz müştəri bazasının tələbatlarını mütəmadi olaraq izləmək lazımdır. Bunun üçün maliyyə institutları məhsulları təhlil etməyə imkan verən müxtəlif texnologiyalara yatırım etməlidirlər.

2. Milleniallar bankın dəstəyinə ehtiyac duyurlar:

Xüsusi diqqət yetirilməsi lazım olan auditoriya 35 yaşına qədər olan gənc insanlardır. “Milleniallar” nəsli onları böyük xərclərin gözlədiyi yaşa çatıblar – mənzil, avtomobil alışı və s. Banklar öz gənc müştərilərinin artan tələbatlarını nəzərə almalı, həmçinin yüksək xərc tələb edən alış-verişlərə uyğun gələn məhsullar yaratmalıdır. Həmçinin nəzərə almaq lazımdır ki, müştərilər çətin maliyyə məsələlərini, məsələn, mənzil alışı və yaxud təqaüd hesablanmasını rəqəmsal formatda deyil, bank şöbəsində bankir ilə müzakirə etməyi istəyəcək.

İstehlakçılar barədə sahib olduğunuz məlumatları müxtəlif prizmalardan təhlil edin. Bu onların məqsəd və öhdəliklərini anlamağa imkan verəcək. Buradan nəticə çıxararaq müştərinin məhz ehtiyacı olduğu xidməti təklif etmək mümkündür.

3. FinTech-startaplar bankların partnyorları kimi:

Banklar startaplara qarşı münasibəti nəzərdən keçirməlidir. Əvvəllər maliyyə texnologiyaları sahəsində startaplar istehlakçılar ilə birbaşa işləyərək (B2C formatı) başlamışdılar. Onların qərarları isə miqyaslaşdırmaq üçün çox çətin idilər. İndi gənc şirkətlər belə bir formatdan imtina edir, banklar və maliyyə təşkilatları ilə (B2B) partnyorluğu seçir. Kiçik biznes ümün online kredit xidməti OnDeck Amerikanın nəhəng Chase bankı ilə belə birləşmişdi. Robo-konsultasiya provayderi SigFig Wealth Management isə Wells Fargo ilə işləyir. Beləliklə, bankların startaplar ilə əməkdaşlıq etməsi istehlakçıların tələb etdiyi innovativ texnologiyalara giriş deməkdir.

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər