14 C
Baku
Thursday, March 28, 2024

“Bazel-3” nədir?

“Bazel-3” – bankların fəaliyyəti ilə bağlı yeni standartlardır, onlar 2008-ci il maliyyə böhranından sonra Bank nəzarəti üzrə Bazel komitəsi tərəfindən tərtib olunub. “Bazel-3”-ün əsas hədəfi  böhran ərzində üzə çıxmış problemləri həll etməkdir. İlk növbədə bu, bankların fəaliyyətinin nəticələrinə görə səhmdarların daşıdığı məsuliyyətin zəifliyidir, məhz bu böhran zamanı situasiyanın tənzimlənməsi üçün dövlətin müdaxiləsini zəruri etmişdir. Buna görə də kapital və bank ilə onun tədarükçüləri arasında qarşılıqlı münasibətlər anlayışı dəyişilir, ilk növbədə isə subordinasiya olunmuş kreditorlar. Kapitala daxil edilməsi üçün bankların belə öhdəlikləri özlərində bankın gərgin vəziyyətə düşdüyü təqdirdə silinmə və ya səhmlərə konvertasiya olunma haqda şərtləri əks etdirməlidir.

İkinci problem – bankların likvidliyinin qiymətləndirilməsinin, həmçinin bankların ani və uzunmüddətli likvidliyini təmin etməyin çətinliyidir. Bu problemin həlli üçün Bazel komitəsi tərəfindən qısamüddətli likvidlik və xalis stabil ehtiyatların yaradılmasına dair iki yeni normativ hazırlanır.

Üçüncü ağrılı nöqtə  – bankların güclü şəkildə mürəkkəb maliyyə alətləri ilə bağlı əməliyyatlara cəlb olunmasıdır.  Bununla bağlı risklərin minimallaşdırılması üçün leverecin tənzimlənməsi -kredit çiyinin mümkün həddinin birbaşa məhdudlaşdırılması tətbiq ediləcək, banklar cəlb edilmiş vəsaitləri müəyyən levereclə investisiya edirlər. Belə güman edilir ki, bütün bu innovasiyalar ilk növbədə ən azı “İlk iyirmilik” ölkələrində sınaqdan keçiriləcək ki, maliyyə stabilliyinə eyni bir yanaşma vasitəsi ilə banklar üçün rəqabət şərtlərində bərabərliyə riayət olunması zamanı həmin stabilliyi qorumaq mümkün olsun.

Son xəbərlər
Digər xəbərlər