14 C
Baku
Thursday, May 2, 2024

Bir fotoşəklin tarixçəsi…

Dəbdəbəli oteldə yerləşdikdən sonra onlar ən yaxşı bar və restoranın qonağı olaraq dincəlməyə başladılar. Barlardan birinin qarşısında Şvartsın nəhəng, parlaq işıqlarla bəzədilmiş fotostudiyası yerləşirdi ki, bu da öz növbəsində insanların diqqətini cəlb edirdi. Dostlar tezliklə əbədi olaraq ayrılacaqlarını yaxşı bilirdilər və ümumi çəkilmiş foto şəkil bu zaman onlara lazım olan yeganə təsəlli idi. Şvarts bu alicənab, nəzakətli və bahalı kostyum geymiş şəxslərin əslində kim olduqlarını bilmirdi. O zəngin müştərilərinə yarımaq üçün əlindən gəlni etdi və onlar da öz növbəsində səxavətlə ödəniş etdilər. Şvarts öz işindən o dərəcədə razı qalır ki, şəklin əlavə nüsxəsini çıxarır və onu öz studiyasının vitrininə vurur!

“Wells Fargo” şirkətinin dedektivi olan Fred Dodge Şvartsın studiyasının yanından keçərkən vitrinə təsadüfən nəzər salır və heyrətdən yerindəcə donur. 5 şəxsin içərisində o qanundan gizlənən cinayətkar Will Carver-i tanıyır. Dodge gözlərinə inana bilmir. Əlbəttə ki, o qalan 4 nəfərin də Carver kimi cinayətkar ola biləcəyini təxmin etməkdə çətinlik çəkmədi. O dərhal Şvartsın yanına qaçır və ondan bu şəklin əlavə 50 nüsxəsini çıxartmağı tələb edir. İndi əsas məsələ digər 4 nəfərin şəxsiyyətini müəyyən etmək idi. Ölkənin müxtəlif istiqamətlərinə göndərilmiş şəkillərdən biri Pinkertonların əlinə düşür və Vinnemukda göstərilir. Bankir Nikson dərhal onlardan ikisini (Kessidi və Sandensi) tanıyır. Lakin Pinkertonlar şəkli Carverin həyat yoldaşına göstərənə qədər onların kim olduqlarını bilmirdilər. Ərindən incimiş qadın nəinki cinayətkarların adlarını deyir, həmçinin onların törətdiyi bütün qaranlıq işləri də bir-bir deyir.

Son xəbərlər
 ⁠
Digər xəbərlər