14 C
Baku
Thursday, May 2, 2024

Bloomberg Rusiyaya sanksiyalardan daha çox itirən ölkənin adını açıqlayıb

Banker.azın Bloombergə istinadən verdiyi məlumata görə, Avropa Birliyinin hesabatlarına əsasəs, Rusiyaya sanksiyalar nəticəsində iqtisadiyyatı daha çox zərər görümüş ölkə Litva olmuşdur. Bu əsasən sanksiyalardan sonra Rusiyanın embarqo siyasətini işə salmasından sonra başlamışdır – bunun nəticəsində Litvadan ixrac  mallarının həcmi 38% enmişdir.

Vilnus isə öz növbəsində sanksiyaların ləğvindən sonra yenidən Rusiya bazarına gəlmək niyyətindədir. Sovet dövründən məşhur olan süd məhsullarını Litva yalnız Rusiya bazarında satmaq imkanına malikdir, digər bazarlarda dominant oyunçuların məhsulları ilə rəqabət aparmaq gücündə deyil. Lakin, bu məsələnin gələcəyini Bloomberg heçdə real hesab etmir. Çünki Gürcüstan Rusiya ilə arasında olan embarqonun ləğvindən sonra, ticarət əlaqələrini bərpa edə bilməmişdir.

Son xəbərlər
 ⁠
Digər xəbərlər