23 C
Baku
Friday, April 26, 2024

Boeing səhmlərini 10 milyard dollara geri alacaq

Amerika şirkəti Boeing öz səhmlərini 10 milyard dollara geri almaq barədə qərara gəlib. Şirkət tarixində ən iri həcmli səhmlərin geri alınması barədə qərar rüblük dividentlərin artırılması prosesinə əlavə olaraq həyata keçiriləcək.

Şirkət səhm sahiblərinin  dividentlərini laynerlərin yüksək satış templərinin nəticəsi olaraq qaldıracaq.

Qeyd edək ki, 2007-ci ildə Boeing şirkəti səhmlərini 7 milyard dollara geri almışdı. Şirkətin bildirdiyinə görə, səhmlərin geri alınması proqramı şirkət üçün geniş perspektivlər vəd edir.

“Boeing şirkətinin icraedici direktoru bildirmişdir: “Fəaliyyətimiz bizim yüksək göstəricilərimizdən, gəlirlərin artımından və bizim gələcəyə əminliyimizdən xəbər verir”.

Ümumilikdə isə şirkətin səhmlərinin dəyəri bu il təqribən 79% artmışdır.

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər