23 C
Baku
Friday, April 26, 2024

Britaniyanın Avropa İttifaqından çıxması manata necə təsir edəcək?

Böyük Britaniyada referendumdan “Brexit” qərarının çıxması birjalara şok yaşatdı. Funt sterlinq, eləcə də avro digər valyutalara nisbətdə ucuzlaşmağa başladı. Dollar yenidən dəyər qazandı.

Bazarlardakı vəziyyəti şərh edən iqtisadçı-ekspert Samir Əliyev birjalardakı vəziyyəti şok kimi dəyərləndirib: “Funt sterlinq dollara nəzərən 30 illik minimuma düşüb. Təkcə funt sterlinq deyil, avro da digər valyutalara nisbətdə ucuzlaşıb. Məsələn, avro dollara münasibətdə 2 faizdən çox dəyər itirib. Bu ilkin reaksiyadır”.
Qərardan dərhal sonra neftin qiymətinin 47 dollara qədər ucuzlaşdığını vurğulayan S.Əliyev deyir ki, hazırda neft yenidən 48 dollara yüksəlib: “Qızıl da bahalaşmaqdadır. Belə vəziyyətdə dolların dəyər qazanması qaçılmazdır”.
İqtisadçının sözlərinə görə, “Brexit”in həm Avropa, həm də Böyük Britaniya iqtisadiyyatı üçün neqativ təsirləri olacaq: “Böyük Britaniya və Avropa Birliyi arasında böyük ticarət dövriyyəsi var. Ticartədə yeni münasibətlər ortaya çıxa bilər. Yəni qaydalar sərtləşdirilə, güzəştlər aradan qaldırıla bilər. Hər bir halda həm Avropa Birliyi, həm də Böyük Britaniya bundan zərər görəcək”.
S.Əliyev “Brexit”in FED-in iyul toplantısına da təsirinə toxunub. Onun proqnozuna görə, faizlər artırılmayacaq: “Uçot dərəcəsini qaldırmaq planı payıza qədər ertələnə bilər”.
“Brexit”in ölkəmizə təsirinə gəlincə, S.Əliyev deyir ki, birinci təsir neftlə bağlıdır: “Düzdür, hələlik neftin kəskin ucuzlaşması baş verməyib. Amma neftin 1-2 dollar ucuzlaşması baxımından da Azərbaycana zərəri ola bilər. Yəni manatı təzyiq altında saxlayacaq. Bundan əlavə, istər Mərkəzi Bankın, istərsə də Neft Fondunun ehtiyatlarında avro və funt sterlinqin payı yüksəkdir. Nəzərə alsaq ki, funt və avro dollara nisbətdə dəyərini itirib, valyuta ehtiyatlarımız məzənnə fərqindən itkilər yaşayacaq. Üçüncü təsir dolların bahalaşmasının manatı təzyiq altında saxlamasıdır. Manata təzyiqlər artacaq. “Brexit”dən əvvəl də keçirilən son hərraclar dollara tələbatın artdığını göstərir. Bu da bankların borclarını qaytarması ilə bağlıdır. Hadisələrin üst-üstə  düşməsi təzyiqi artıracaq”.
O ki qaldı manatın taleyinə, ekspert bildirir ki, manatın taleyi daha çox Mərkəzi Bankın davranışlarından asılı olacaq: “Mərkəzi Bankın manatı sərbəst buraxacağı inandırıcı deyil. Manatın məzənnəsini qorumaq istəsə valyuta ehtiyatlarını xərcləmək məcburiyyətində qalacaq. Burda Mərkəzi Bankın seçimi, davranışları çox vacibdir”.
Qısa müddətli dövrdə manatın tədricən ucuzlaşdırılacağını deyən S.Əliyev kəskin məzənnə dəyişikliyinə imkan verilməyəcəyini düşünür: “Amma bu yenə də bazarın vəziyyətindən, neftin qiymətindən, Mərkəzi Bankın öz seçimindən  asılı olacaq”.
Publika.az
Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər