24 C
Baku
Friday, April 26, 2024

Cəmi 5 bank dövlət ipoteka proqramı vasitəsi ilə 1000-dən çox kredit vermişdir

Azərbaycan banklarının yalnız 5-i Azərbaycan İpoteka fondu vasitəsilə həyata keçirilən dövlət ipoteka proqramı əsasında 1000-dən çox ipoteka krediti vermişlər.

İpoteka fondunun verdiyi məlumata görə bu 5-liyə AG Bank, Xalq Bank, Bank Standard, DəmirBank və Zamin Bank daxildir.

Beləliklə, AG Bank 1270, Xalq Bank 1222, Bank Standard 1181 ipoteka krediti həyata keçirmişdir. Bununla yanaşı, burada DəmirBank-ın payına 1048, Zamin Bankın hesabına isə 1000 ipoteka krediti düşmüşdür.

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər