23 C
Baku
Friday, April 26, 2024

Charles Hatfield – yağışı satan adam

XX əsrin əvvəllərində Charles Hatfield-i “yağış gətiricisi” adlandırırdılar. O tikiş maşınları ilə ticarət edirdi. Boş vaxtlarında isə kimya, fizika və meteorologiya ilə bağlı maddələri öyrənirdi. Onun əsas məqsədi kimyəvi maddələr ilə yağış yaratmağı öyrənmək idi.

1902-ci ildə Hatfield 23 maddənin qarışığından ibarət gizli bir maddə yaradır. Bu maddəni isə sink qazanlarda qaynatmaq lazım idi. İlk bir neçə eksperimentlər uğursuzluqla nəticələndikdə o kiçik qardaşı Polu işə cəlb edir. Beləliklə, o yaxşı pul qazanmağa başlayır.

Tezliklə Hatfieldin populyarlığı bütün ölkəyə yayılır. Ən maraqlı hadisə isə Sage-Diegoda baş verir. Bu zaman, yəni 1915-ci ildə o şəhər rəhbərliyi ilə Morena su anbarının su ilə tamamlanması üçün 10 000 dollarlıq müqavilə imzalayır. Nəticədə bir neçə gün davam edən leysanlar, daşqınlar çoxlu sayda qurbanlara və dağıntılara səbəb olur və hökumət 3,5 milyon dollarlıq zərərlə üzləşir. Belə bir genişmiqyaslı hadisədən sonra məhkəmə orqanları Hatfieldin fəaliyyəti və təbiət hadisəsi arasında əlaqənin həqiqətən olub-olmamasını aydınlaşdırılmağa çalışır. Bu hadisə “yağışla ticarət edən” şəxsin daha da populyarlıq qazanmasına səbəb olur. Hatfieldin fəaliyyəti tarixi boyunca o bu formada təqribən 500 hadisə ilə üzləşmişdi.

Yeri gəlmişkən, o bu sirrini həyatı boyunca heç kimə deməmişdi və bundan yalnızca qardaşınən xəbəri var idi.

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər