23 C
Baku
Friday, April 26, 2024

“CPC” MMC mühasib və satış kordinatoru axtarır – Əmək haqqı: 1200 AZN

“CPC” MMC (Corn Processing Company)   “PMD Group” MMC şirkətlər qrupunun “İstehlak Mallarının İstehsalı və Kənd Təsərrüfatı” portfelinə  daxil olan müəssisədir.

1. SATIŞ KORDİNATORU

İş yeri: BEGOC Biznes Mərkəzi (Zərifə Əliyeva 41, AZ1000)
İş vaxtı: I – V günlər 09:00 – 18:00
Əmək haqqı: 500 AZN- dən (net) başlayaraq (namizəddən asılı olaraq dəyişir)
Tabeçilik: Satış və Marketinq şöbəsinin müdiri

İŞİN TƏSVİRİ

− Malın anbardan müştəriyə çatdırılanadək izlənilməsi, ortaya çıxan problemlərin həlli istiqamətində işlərin görülməsi;
− Logistika şöbəsi ilə məhsulların çatdırılmasının daimi kordinasiyası;
− Anbarda hazır məhsulların və qablaşdırma üçün nəzərdə tutulan materialların mövcudluğunun daimi izlənilməsi və lazım olduğu təqdirdə müvafiq əməliyyatların icrası;
− Müştəri bazasının yaradılması və yenilənməsi;
− Satış hesabatlarının hazırlanılması;
− Satış üçün lazım olan bütün sənədlərin hazırlanılması (Satış müqavilələri, təhvil – təslim aktları və s.);
− Hazırlanmış sənədlərin icrasına nəzarət;
− Müştərilərin iş fayllarının hazırlanılması;
− Rəsmi təkliflərin hazırlanılması;
− Müştərilərin tələb, təklif və şikayətlərinin qeydiyyatının aparılması;

NAMİZƏDƏ DAİR TƏLƏBLƏR

− Ali təhsil;
− Dil bilikləri (Azərbaycan dilində səlis danışıq, İngilis və Rus dillərini bilmək arzuolunandır);
− Office proqramlarında, xüsusi ilə Excell proqramında işləmə bacarığı;
− Müvafiq sahədə minimum 1 (bir) il iş təcrübəsi;


2. BÖYÜK MÜHASİB

İş yeri: BEGOC Biznes Mərkəzi (Zərifə Əliyeva 41, AZ1000)
İş vaxtı: I – V günlər 09:00 – 18:00
Əmək haqqı: 1200 AZN- dən (net) başlayaraq (namizəddən asılı olaraq dəyişir)
Tabeçilik: Maliyyə şöbəsinin müdiri

İŞİN TƏSVİRİ

− Mövcud qanunvericiliyə uyğun olaraq müəssisənin maliyyə – təsərrüfat fəaliyyətinin mühasibat uçotu və hesabat sənədlərində əks etdirilməsi üzrə fəaliyyətin təşkili və nəzarət;
− Dövlət büdcəsinə ödənişlərin düzgün hesablanması və vaxtında köçürülməsini təmin etmək;
− Vergilər üzrə hesabatların tərtib/təqdim edilməsini təmin etmək;
− Dövlət Sosial Müdafiə Fonduna hesabatların təqdim edilməsi və sosial ayırmaların hesablanmasını təmin etmək;
− Mühasibat uçotunun aparılması qaydalarını rəhbər tutaraq mühasibat uçotunun aparılmasını müəssisədə və təsisçisi olduğu digər törəmə müəssisələrdə təşkil etmək;
− Daxil olan pul vəsaitlərinin, mal – material ehtiyatlarının və əsas vəsaitlərin tam uçotu və onların hərəkəti ilə bağlı əməliyyatların vaxtında mühasibat uçotunda əks etdirilməsini təmin etmək;
− Mühasibat sənədlərinin saxlanılması, qorunması və müəyyən olunmuş müddətlərdə arxivə təhvil verilməsini təşkil etmək;
− İlkin sənədlər və mühasibat yazılışları əsasında vergi və mühasibat hesabatlarının tərtib olunması və qanunvericilikdə müəyyən edilmiş müddət ərzində müvafiq orqanlara göndərilməsini həyata keçirmək;
− Daxil olan və çıxan pul vəsaitinin uçotunu, mühasibat uçotu hesablarında onların hərəkətini, istehsal dövriyyəsini və xərclərini, xərclər smetasının hazırlanmasını, məhsulun satışını, iş və xidmətlərin yerinə yetirilməsini, maliyyə, hesabat və kredit əməliyyatlarının uçotunu təşkil və nəzarət etmək;
− Məhsulun, iş və xidmətlərin maya dəyəri hesabatının iqtisadi cəhətdən əsaslandırılmış tərtibini, əmək haqqının ödənilməsi hesablarını, dövlət büdcəsinə məcburi ödəmələri, dövlət sosial sığorta fonduna ayırmaları, digər ayırmaları tərtib və nəzarət etmək;
− İlkin mühasibat sənədlərinin, hesablaşmaların və ödəniş öhdəliklərinin hazırlanmasına, əmək haqqı fondunun sərf olunmasının, əmtəə mal qiymətlilərinin və əsas fondların inventarizasiyasının aparılmasına nəzarət etmək;
− Maliyyə nizamına ciddi əməl edilməsini, inzibati təsərrüfat və digər xərclərin, debitor borclarının, çatışmazlıqlarının və digər hesabların mühasibat uçotunda düzgün əks etdirilməsini təmin etmək;
− Banklara müqaavilələr üzrə borcların müəyyən olunan vaxt ərzində verilməsinə nəzarət etmək.

NAMİZƏDƏ DAİR TƏLƏBLƏR

− Ali təhsil; (Maliyyə, İqtisadiyyat, mühasibat uçotu sahəsində təhsili olan namizədlərə üstünlük veriləcək)
− Vergi qanunvericiliyi, Beynəlxalq mühasibat uçotu standartlarını bilmək;
− 1C Proqramında, Excell proqramında yüksək səviyyədə işləmə bacarığı;
− Müvafiq sahədə minimum 2 (iki) il iş təcrübəsi;
− Ehtiyac yarandığı təqdirdə regionlara ezamiyyətə getmə imkanı;

Göstərilən tələblərə cavab verən namizədlər öz CV – lərini 01.12.2017 – ci il tarixinədək [email protected] ünvanına göndərə bilərlər. (CV göndərərkən məktubun “Mövzu” (“Subject”, “Тема”) qismində vakansiyanın adını mütləq qeyd edin, əks halda müraciətlərinizə baxılmayacaq)

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər