21 C
Baku
Friday, April 26, 2024

Dəyərsizləşməsi ehtimal edilən Bitcoin-in taleyi kimlərdən aslıdır?

2018-ci ilin geridə qalan günləri kriptovalyutalar üçün də heç də uğurlu olmadı. Son bir ayda “Bitcoin” 41 faiz, bu ilin son 10 günündə isə 34 faiz dəyər itirib. Belə ki, hazırda rəqəmsal pulun dünya bazarındakı dəyəri  $11 min manata (Bakı vaxtı ilə saat 12:10) düşüb. Bu kriptovalyutanın bazar dəyəridə 1,5 dəfədən çox ucuzlaşaraq 186,08 milyard dollara düşüb.

Cənubi Koreyanın “Bitcoin”ləri ilə əməliyyatların qadağan etmək istəyi virtual valyutanın mövqeyini ciddi şəkildə silkələdi. Bundan əlavə Çin hökuməti də rəqəmsal valyutalara qarşı qadağa tədbirləri niyyəti olduğunu təsdiqləyib.

“Bitcoin” ilə yanaşı, digər əksər kriptovalyutaların da dəyərində azalmalar müşahidə edilməkdədir. Bu arada əksər beynəlxalq maliyyə qurumları ilə yanaşı, bir sıra Avropa Birliyi ölkələrindən də kriptovalyutalar ilə bağlı ehtiyatlı açıqlamalar gəldi.

“Bitcoin”dəki köpüklər partlayırmı?

İqtisadçı-ekspert Vüqar Bayramov bildirir ki, öncədən əksər beynəlxalq qurumlar “Bitcoin”in qiymətinin 8 min dolları keçəcəyi halda köpüklərin yaranacağını proqnozlaşdırmışdılar: “Aydındır ki, əksər Mərkəzi Bankların xoşlamadığı virtual valyutaların qlobal bazarda özlərinə yer tapması asan deyil və bu zaman tələb edəcək. Blokçeyn üzrə əməliyyatlar ənənəvi bankçılığı tələbi azaldır. Və sadəcə bu kontekstdən də hələlik nə əksər Mərkəzi Banklar, nə də kommersiya bankları virtual valyutaları xoş qarşılamırlar.”

Musahibe Vugar Bayramov logo.mpg snapshot 08.56 2014.02.20 16.251
V. Bayramov

 

“Güman olunur ki, kriptovalyutaların gələcək taleyi birbaşa aparıcı dövlətlərin onlara münasibətindən asılı olacaq. Aparıcı ölkələr “Bitcoin”lərin istifadə dairəsini məhdudlaşdırmaqda davam edəcəklərsə o zaman yeni qiymət azalmaları qaçılmazdır. Amma əgər ABŞ “Bitcoin”ləri dəstəkləyərsə o zaman kriptovalyutalar “ayaqda dura” bilərlər. Bütün hallarda isə, “Bitcoin”lərinin taleyinin necə olmasından asılı olmayaraq yaxınlarda olmasa da, bütövlükdə gələcək virtual valyutaların olacaq.” – deyə Bayramov bildirir.

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər