22 C
Baku
Friday, April 26, 2024

Daşınmaz əmlaka investisiya üçün ən yaxşı şəhərlər

Toronto, Vankuver və Kalqari uzun müddətli perspektivdə daşınmaz əmlaka investisiya yatırmaq üçün ən yaxşı şəhərlər reytinqində ilk üç yeri tutmuşlar.

Grosvenor Group Britaniya şirkətinin yeni hesabatına əsasən, ümumilikdə Kanada şirkətləri daşınmaz əmlaka investisiya yatırmaq üçün ən yaxşı şəhərlərdir. Verilən məlumatlara görə, Toronto, Vankuver və Kalqari dünyanın 50 şəhəri sırasında ilk üç pillədə yer almışlar.

Bu reytinq təşkil edilərkən investisiya üçün qısa müddətli deyil, uzun müddətli perspektiv nəzərə alınmışdır. Bundan əlavə, reytinqdə eniş və yüksəliş dövrlərində belə “sağ qalmağı” bacaran və həmçinin yüksək həcmli resurs və bazarın yaxşı tənzimlənməsi də qiymətləndirilmişdir.

Araşdırma belə göstərir ki, Kanadanın bu üç şəhəri hətta London, Nyu-York və Çikaqonu da geridə qoya bilmişdir.

Araşdırma qrupunun direktoru və iqtisadçısı Riçard Barhem verdiyi müsahibəsində bildirmişdir ki, bu Kanada şəhərləri daha çox iqtisadi dinamizmə malikdir.

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər